RUSİYA

Ankara Rusiya məhsullarının ixracına görə Qərblə dialoqa davam edəcək

İyulun 18-də taxıl sazişi kimi tanınan Qara Dəniz Təşəbbüsü fəaliyyətini dayandırıb. Moskva Ukrayna tərəfini, Türkiyəni və BMT-ni xəbərdar edib.
Sputnik
BAKI, 18 iyul — Sputnik. Ankara Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması üçün Qərb tərəfdaşları ilə dialoqu davam etdirəcək və bu məsələdə irəliləyişə ümid edir.
Bunu Qara dəniz taxıl təşəbbüsü ətrafında vəziyyətlə tanış olan mənbə "RİA Novosti"yə bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, iyulun 18-də taxıl sazişi kimi tanınan Qara Dəniz Təşəbbüsü fəaliyyətini dayandırıb. Moskva Ukrayna tərəfini, Türkiyəni və BMT-ni xəbərdar edib.
"Cənab Prezident (Tayyib Ərdoğan) artıq dünən bildirib ki, bizim səylərimiz davam edəcək. Bütün maneələri aradan qaldırmaq lazımdır ki, taxıl sazişi ehtiyacı olan ölkələrdə ərzaq böhranının qarşısını almaq üçün öz işini davam etdirsin. Biz Qərb tərəfdaşları ilə dialoqu davam etdirəcəyik, irəliləyişlərə ümid edirik", - deyə agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.
Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsi idi. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının blokdan çıxarılmasını nəzərdə tuturdu, əsas vəzifələr arasında Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT-ə yenidən qoşulması, ehtiyat hissələri və kənd təsərrüfatı texnikasının tədarükünün, həmçinin xidmətlərin bərpası, Tolyatti-Odessa ammonyak boru kəmərinin və bir sıra digər tədbirlərin bərpası idi. Moskvada qeyd edildiyi kimi, paket sazişinin bu hissəsi həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.