BAKI, 17 iyul — Sputnik. Yaponiya gələcəkdə xammal qıtlığının qarşısını almaq və qiymətləri sabitləşdirmək üçün neft sektorundakı ehtiyata bənzər qlobal təbii qaz ehtiyatının yaradılmasını təklif etməyi planlaşdırır. Bu barədə xarici KİV-lər xəbər verir.
"Yaponiya hökuməti Beynəlxalq Enerji Agentliyinə üzv ölkələr üçün qaz ehtiyatlarının toplanması mexanizminin yaradılmasını təklif edəcək. Təklif çərşənbə axşamı Tokioda keçiriləcək konfransda təqdim olunacaq", - deyə xarici KİV mənbələri bildirir.
Belə bir təklifə gələcəkdə qaz qıtlığının qarşısını almaq və qiymətləri sabitləşdirmək məqsədi səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.