SƏHİYYƏ

TƏBİB şəkər xəstələrinin statistikasını açıqladı

TƏBİB rəhbərinin sözlərinə görə, bu ilin 6 ayında 4 839 yeni şəkər xəstəsi qeydiyyata alınıb.
Sputnik
BAKI, 17 iyul — Sputnik. Hazırda şəkərli diabet xəstəliyi registrində 284 656 xəstə qeydiyyatdadır. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
O, bildirib ki, şəkərli diabet xəstələri dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar.

"Bu ilin 6 ayı ərzində ölkə üzrə 53 Hemodializ Mərkəzində 3 896 xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunub", - Qurbanov deyib.

Təbib rəhbəri qeyd edib ki, dağınıq skleroz xəstələrinin registrində olan xəstələrin sayı 2001-dir. Onlardan 675 xəstə beta-interferon (avoneks), 300 xəstə isə mitoksantron preparatı ilə təmin olunur.
"Bu ilin yanvar-iyun ayları ərzində 34 yeni xəstə qeydiyyata alınıb", - deyə icraçı direktor bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.