RUSİYA

Rusiyalı partiya lideri Krım körpüsündə baş verənlərə sərt reaksiya verdi

Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri bildirib ki, Zelenski terror rejimi ləğv edilmədən Ukraynanın heç bir denazifikasiyasına nail ola bilməyəcəyik.
Sputnik
BAKI, 17 iyul — Sputnik. Krım körpüsündə baş verənlərdən sonra taxıl sazişi ola bilməz. Bunu "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironov deyib.

"Kiyev xuntasının infrastrukturlarını məhv etməklə biz əsgərlərimizi və milyonlarla insanın həyatını xilas edəcəyik. Biz bunu etməliyik. Kiyev rəhbərlərinə, onların qərbli ağalarına ciblərini "doldurmağa" kömək edən taxıl sövdələşməsini müzakirə etməməliyik. Buterror aktından sonra taxıl sövdələşməsi ola bilməz", - Mironov Teleqram kanalında yazıb.

"Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov
O, həmçinin qeyd edib ki, Zelenski terror rejimi ləğv edilmədən Ukraynanın heç bir denazifikasiyasına nail ola bilməyəcəyik.
Qeyd edək ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Krım körpüsündən baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, azyaşlı qız isə yaralanıb. Krasnodar diyarının Səhiyyə Nazirliyi ölənlərlə bağlı məlumatı təsdiqləyib.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyul 17-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.