BAKI, 17 iyul — Sputnik. Rusiyanın bütün xidmət və idarələri ölkənin regionlarında terror aktlarının qarşısını almaq üçün işləyir. Eyni zamanda, hakimiyyət Kiyev rejiminin hiyləgərliyini dərk edir. Bunun Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Əlbəttə ki, bütün müvafiq xidmətlər, idarələr - hamısı işləyir. Biz Kiyev rejiminin hiyləgərliyini dərk edirik", - deyə Peskov vurğulayıb.
O, həmçinin xatırladıb ki, bu gün, iyulun 17-də Kiyev rejiminin cinayətkar əməlləri nəticəsində gənc ailə həlak olub, onların azyaşlı qızı isə yaralanıb. Peskov bütün dünyanın eşitməsi üçün bu barədə danışmağın zəruriliyini bəyan edib.
"Kreml bu cür faciələrin təkrarlanmaması üçün diqqətli olacaq", - Kremlin sözçüsü əlavə edib.
Bu yaxınlarda Dmitri Peskov bildirib ki, Ukrayna tərəfindən terrora son cavab xüsusi hərbi əməliyyatın (XHƏ) bütün məqsədlərinə nail olmaq olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.