BAKI, 17 iyul — Sputnik. Taxıl sazişinin Rusiya hissəsi tamamlanan kimi Moskva dərhal Qara dəniz sazişlərinin icrasına qayıdacaq. Bu barədə bazar ertəsi jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Taxıl sazişi dayanıb. Rusiya hissəsi yerinə yetirilən kimi Rusiya tərəfi dərhal bu sövdələşmənin icrasına qayıdacaq", - Peskov bildirib.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyul 17-də başa çatır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.