RUSİYA

Kiyev terror rejiminə rəhbərlik Vaşinqton və London tərəfindən həyata keçirilir - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, qərarlar ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətlərinin birbaşa iştirakı ilə Ukrayna rəsmiləri, hərbçiləri tərəfindən qəbul edilir.
Sputnik
BAKI, 17 iyul — Sputnik. Kiyev rejimi terrorçudur və beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın bütün xarakterinə malikdir, bu rejimə rəhbərlik Vaşinqton və London tərəfindən həyata keçirilir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında Krım körpüsünə hücumla bağlı yazıb.

"Krım körpüsünə bugünkü hücumu Kiyev rejimi həyata keçirib. Bu rejim terrorçudur və beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın bütün xarakterinə malikdir. Qərarlar ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətlərinin birbaşa iştirakı ilə Ukrayna rəsmiləri, hərbçiləri tərəfindən qəbul edilir. Terrorçu dövlət strukturuna ABŞ və Britaniya rəhbərlik edir", - diplomat vurğulayıb.

Xatırladaq ki, Krım körpüsündə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.
Məlumata görə, körpüdə baş verən partlayış nəticəsində Rusiya Federasiyasının Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə ziyan dəyib, 1 nəfər xəsarət alıb.
Bundan əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, hadisə zamanı bir qız xəsarət alıb, valideynləri isə dünyasını dəyişib. İlkin məlumata görə, ailə bu rayondandır. Qladkov Novooskolski rayonunun rəhbəri Andrey Qridnevə uşağın qohumları ilə əlaqə saxlamağı tapşırıb və əlavə edib ki, hakimiyyət bütün lazımi yardımı göstərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.