DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Cevdet Yılmaz: Türkiyə taxıl müqaviləsinin uzadılmasına ümid edir

Bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarının avqustda Türkiyəyə səfərinin mümkünlüyünü açıqlamışdı.
Sputnik
BAKI, 17 iyul - Sputnik. Türkiyə hakimiyyəti iyulun 17-də müddəti bitəcək Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılmasına ümid edir.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü vitse-prezident Cevdet Yılmaz bildirib.
“Biz sazişin yeni müddətə uzadılması üzərində işi davam etdiririk. Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri bu mənada qiymətləndirilə bilər. Ümid edirəm ki, müsbət nəticələr olacaq”, - deyə C.Yılmaz qeyd edib.
Bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarının avqustda Türkiyəyə səfərinin mümkünlüyünü açıqlamışdı.
RUSİYA
Taxıl tədarükü üçün alternativ yollar tapmaq problemli olacaq - Professor