BAKI, 17 iyul - Sputnik. Azərbaycanda icbari tibbi sığorta zərfinə daxil olunan bəzi tibbi xidmətlərə limit tətbiq olunur. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu bu gün çıxışında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova bildirib.
O, deyib ki, fizioterapiya xidməti üzrə 10 tibbi xidmətdən istifadə edilə bilər.
"Koxlear implantasiya əməliyyatı üzrə illik əməliyyat limiti də 300-dür. Oynaqdaxili endoprotezlərin yerləşdirilsi əməliyyatına da illik 300 limit tətbiq edilir", - deyə qurum nümayəndəsi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.