BAKI, 17 iyul — Sputnik. Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları Londonda keçirilən "National Geographic Traveller" kulinariya festivalında təbliğ edilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə milli mətbəx irsi, Azərbaycana məxsus çay mədəniyyəti, milli şirniyyatlar təqdim olunub.
Londonda keçirilən "National Geographic Traveller" kulinariya festivalı
© Photo : State Tourism Agency of the Republic of Azerbaijan
Festivalın ziyarətçiləri plov, qutab, kükü kimi milli kulinariya nümunələrini, o cümlədən Azərbaycan şərablarını dadmaq imkanı əldə ediblər.
Tədbir çərçivəsində "Çay mərasimi", "Düyü və zəfəran" masterklasları, Azərbaycan şərablarının dequstasiyası mərasimləri keçirilib.
Milli stendimizi Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da ziyarət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.