BAKI, 17 iyul — Sputnik. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası keçirilir. Dövlət Komissiyasının iclasında əməkdaşlıq məsələləri, o cümlədən dəmir və avtomobil yolları layihələri müzakirə edilir.
Sərhəddə keçirilən iclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, İran tərəfdən isə yol və şəhərsalma naziri Mehrdad Bazarpaş həmsədrlik edir.
Baş nazirin müavini Şahin Mustafayev Gilan vilayətinin Astara şəhərində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında qeyd edib ki, İran və Azərbaycan arasında beynəlxalq tranzitin həcmi 58 % artıb.
Ş. Mustafayev bildirib ki, şimal və cənub dəhlizləri ilə beynəlxalq tranzitin həcmi 69 % artıb:
"2022-ci ildə isə İran və Azərbaycan arasında ticarət əməliyyatlarının həcmində 30 % artım olub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.