DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ Türkiyə ilə bağlı addım atmaq niyyətində deyil - KİV

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq.
Sputnik
BAKI, 17 iyul — Sputnik. Avropa İttifaqı Türkiyənin üzvlük prosesini irəlilətmək üçün hər hansı addım atmaq niyyətində olmadığını gizlətmir, indi hər şey Ankaranın gələcək addımlarından asılıdır. Bu barədə Türkiyənin "Hürriyet" nəşri yazır.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. Bu bəyanatdan sonra həmin gün NATO baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan Türkiyə parlamentinə İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya etmək üçün sənədləri "mümkün qədər tez" göndərməyə razılaşıb. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Avropada istənilmədiyini, Ankaranın bu mövzuda çəhrayı rəngli eynək taxmaması lazım olduğunu bildirib.

"Türkiyə Aİ-yə üzvlüyün strateji məqsəd olduğunu bəyan etməkdə davam etsə də, bu proses uzun illərdir ki, dalana dirənib, hətta danışıqlar faktiki olaraq dayanıb. Aİ indiki şəraitdə bu sahədə heç bir addım atmaq niyyətində deyil və bunu gizlətmir. Türkiyə Brüsseli irəliləyiş əldə etməyə sövq edə bilər. Qeyd olunur ki, Ankaranın NATO-nun Vilnüs sammiti ərəfəsində verdiyi mesajlar Türkiyə ilə Aİ arasında uzun müddətdir ciddi dəyişikliklərin baş vermədiyi münasibətlərin canlandırılması ilə bağlı müzakirələri gücləndirib.Bu müzakirənin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı ilk siqnallar cümə axşamı Aİ xarici işlər nazirlərinin görüşündə veriləcək", - nəşr qeyd edir.

Türkiyə 1963-cü ildə Aİ ilə (o zaman - AET) assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə ittifaqa üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.