RUSİYA

Taxıl tədarükü üçün alternativ yollar tapmaq problemli olacaq - Professor

İyulun 6-na Ukrayna limanlarından Bosfor boğazına taxıl daşıyan gəmilərin sayı mini keçib, lakin onlardan yalnız 53-ü kasıb ölkələrə gedib.
Sputnik
BAKI, 16 iyul — Sputnik. Rusiyanın"taxıl sazişinin"nin icrası ilə bağlı iddiaları haqlıdır, çünki ən yoxsul ölkələr taxıl almır və sövdələşmədən imtina edilərsə, tədarük üçün alternativ yollar tapmaq problemli olacaq. Bu türkiyəli professoru Fahri Erenel RİA Novosti-yə bildirib.

"Rusiya "taxıl" dəhlizinin işləməsi ilə bağlı iddialarında son dərəcə haqlıdır, [Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə dəfələrlə danışıb. Qərb oyun oynayır. Rusiya ərzaq təhlükəsizliyinə töhfə verir", - professor bildirib.

O qeyd edib ki, iyulun 6-na Ukrayna limanlarından Bosfor boğazına taxıl daşıyan gəmilərin sayı mini keçib, lakin onlardan yalnız 53-ü kasıb ölkələrə gedib.
Erenel xatırladıb ki, Rusiya Federasiyasının SWIFT sisteminə yenidən qoşulma tələbləri təmin olunmayıb.
O, sövdələşmənin uzadılmadığı təqdirdə ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin yarana biləcəyini və o zaman taxılın əsas alıcıları kimi Türkiyə və Çinin bu vəziyyətdən zərər görəcəyini istisna etməyib.
Taxıl tədarükü üçün alternativ yolların axtarışından danışan türkiyəli professor qeyd edib ki, mövcud marşrutlar çox uzun və bahalı olduğundan bunu ən qısa zamanda etmək asan olmayacaq.

"Başqa ölkələrdə taxıl tapmaq olar, lakin bu, müəyyən vaxt aparacaq. Ukrayna və Rusiyadakı fermerlər də çətin vəziyyətdə qalacaqlar. Həmçinin, yəqin ki, dünyada ərzaq məhsullarının qiymətlərində artım olacaq", - Erenel bildirib.

BMT-nin rəsmi məlumatlarına görə, "Qara dəniz təşəbbüsü" çərçivəsində göndərilən yüklərin yalnız 3%-i aşağı gəlir kateqoriyasına aid olan ölkələr tərəfindən qəbul edilib. Təşkilatın məlumatlarına görə, yüklərin 44%-i yüksək gəlirli ölkələrə, ümumilikdə yüklərin 81%-i yüksək və orta gəlirli ölkələr tərəfindən qəbul edilib. Məsələn, Sudan müqavilənin bütün müddəti ərzində cəmi 95 min ton taxıl alıb.
Daha əvvəl "Financial Times" öz mənbələrinə istinadən xəbər verib ki, Aİ "Rosselxozbank"a taxıl sövdələşməsini xilas etmək üçün taxıl ixracı ilə bağlı əməliyyatları həll etmək üçün SWIFT ödəniş sisteminə qoşulacaq törəmə müəssisə yaratmağa icazə verməyi nəzərdən keçirir.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyul 17-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.