BAKI, 17 iyul — Sputnik. Qərb liderləri ABŞ və Avropadan Kiyevə hərtərəfli dəstək illüziyası yaradırlar.
Bunu şərhçi Fabio Mini İtaliyanın “IL Fatto Quotidiano” portalı üçün məqaləsində yazıb. O əlavə edib ki, əslində, Şimali Atlantika Alyansı Ukraynanın boynuna “dar ağacının ipini keçirib”.
Fabio Mini izah edib ki, Qərb Ukrayna lideri Vladimir Zelenskini tamamilə ümidsiz vəziyyətə salıb. Onun çiyinlərinə həm əvvəldən qalib gələ bilmədiyi münaqişə, həm də demokratikləşmə kimi yük qoyulub.
Müşahidəçi hesab edir ki, Ukrayna demokratik ölkə deyil, Qərb ölkələri buna ancaq qarşıdurma davam etdikcə dözür.
Fabio Mininin fikrincə, Rusiya ilə münaqişədə Ukrayna Silahlı Qüvvələri daim əsgər və zabitlərini itirir, mənəvi-psixoloji vəziyyət aşağı düşür. Bundan əlavə, ABŞ və Avropanın ayırdığı milyardlarla dollar və avrolar sözün əsl mənasında “buxarlanır”.
Nəticədə çətin vəziyyət yaranır. Həm Rusiya, həm də Ukrayna üçün əlverişsiz şərtlərlə sülh danışıqları Avropanın təhlükəsizliyi üçün risklər yaradacaq. Fabio Mini xəbərdarlıq edib ki, Ukraynanın NATO-ya daxil olması öz növbəsində Avropada permanent münaqişə ilə nəticələnəcək.