RUSİYA

RF lideri: Rusiyanın müasir hərbi texnikası var, ancaq düşmən texnikasını da öyrənmək olar

Vladimir Putin “T-90 Prorıv” tankının dünyanın ən yaxşısı olduğunu olduğunu qeyd edib.
Sputnik
BAKI, 16 iyul — Sputnik. Rusiyanın müasir hərbi texnikası var, “T-90 Prorıv” tankı isə dünyanın ən yaxşısıdır. Amma düşmənin hərbi texnikasını öyrənmək imkanı varsa, onda niyə də olmasın – baxmaq olar ki, Rusiya Federasiyasında nədən istifadə oluna bilər.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. Görüntüləri özünün “Teleqram” kanalında jurnalist Pavel Zarubin yayıb.
"Tərs mühəndislik" kimi bir ifadə var. Baxaq görək, çünki müasir texnologiya, elə müasirdir. Bizdə bu müasir texnika var və çox effektivdir, deyək ki, “T-90 Prorıv” tankını götürək. Dünyada ən yaxşısı tankdır! Heç bir mübaliğəsiz”, - deyə Putin bildirib.
O əlavə edib ki, düşmən də müasir texnika istehsal edir.
"Əgər içərisinə baxmaq və bizə tətbiq edilə biləcək bir şeyin olub-olmadığını görmək imkanı varsa - niyə də olmasın?" – deyə dövlət başçısı fikrini bildirib.