BAKI, 16 iyul - Sputnik. Titanikin qalıqlarına səyahətlər təşkil edən OceanGate, 18 iyunda baş verən faciəvi qəzadan həftələr sonra yenidən gündəmdədir. Şirkət bu dəfə internet saytını və sosial media hesablarını bağlamaqla diqqət çəkib.
Şirkət keçən ay baş verən fəlakətdən sonra sosial şəbəkədəki hesablarını və vebsaytını bağlayıb. Şirkətin sosial şəbəkədəki hesabındakı bütün paylaşımlar silinərkən, profili də qapadılıb.
Bundan əlavə, şirkət öz saytında "OceanGate bütün kəşfiyyat və kommersiya əməliyyatlarını dayandırdı" xəbərdarlığını yerləşdirilib.
Keçən həftə şirkət bütün kəşfiyyat və kommersiya fəaliyyətlərini dayandırdığını elan edərkən, veb saytı hələ də açıq idi.
Xatırladaq ki, "Titan" sualtı qayığı iyunun 18-i səhəri Kanadanın Nyufaundlend sahillərindən 400 kilometr aralıda, Atlantik okeanında Titanik gəmisinin qəzaya uğradığı yerə enməyə başlayıb. 1 saat 45 dəqiqə sonra qayıq "Polar Prince" ana gəmisindən ayrılıb. Bir qədər sonra sualtı qayıqla əlaqə kəsilib. İtkin düşən gəmi barədə ABŞ Sahil Mühafizəsinə məlumat verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.