HADİSƏ

Cəbrayılda avtomobil piyadanı vuraraq öldürüb

Faktla bağlı Cəbrayıl RPŞ-nin İstintaq qrupunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Sputnik
BAKI, 16 iyul - Sputnik. Cəbrayıl rayonunda maşın piyadanı vuraraq öldürüb.
"Report" xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü İbayev Vüsal Aqil oğlu idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə Cəbrayıl rayonu, Məzrə kəndindən keçən yolun 84-cü kilometrliyində piyada 1979-cu il təvəllüdlü Ağayev Nahid Mirhəbib oğlunu vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cəbrayıl RPŞ-nin İstintaq qrupunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.