CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üçüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılışı olub

"Yüksəliş" müsabiqəsinin 20 qalibini 1 il ərzində böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.
Sputnik
BAKI, 15 iyul — Sputnik. "Bakı Ekspo Mərkəzi"ndə üçüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi baş tutub.
Açılış mərasimində "Yüksəliş Təşkilat Komitəsinin üzvləri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak ediblər.
Gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev "Yüksəliş müsabiqəsi finalçılarına səslənərək istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə layihənin keçirilməsində yaxından iştirak etdikləri üçün qürur hissi duyduğunu bildirib.
O əlavə edib ki, finalçılar arasında ötən illər müsabiqədə iştirak etmiş namizədlərin çoxluq təşkil etmasi sevindirici haldır.
Bunun müsabiqənin ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin və iştirakçıların etimadını qazanmasının göstəricisi olduğunu bildirən İşçi qrupunun rəhbəri sonda hər bir finalçıya uğurlar arzulayıb, onların final mərhələsinədək gəlib çatmasının qalibiyyətə bərabər qeyd edib.
Bildirilib ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 109 nəfər iştirakçı mübarizə aparır. Final mərhələsi 3 gün davam edəcək və müsabiqə 16 iyulda yekunlaşacaq.
"Yüksəliş" müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir (Report).
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixinda imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən qeydiyyat, onlayn seçim, əyani, yarımfinal va finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və har biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Növbəti sayca üçüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.