BAKI, 15 iyul - Sputnik. Türkiyə taxıl müqaviləsinin uzadılması şərtini irəli sürüb. Taxıl müqaviləsinin uzadılması Moskvanın BMT-nin baş katibi Antonio Quterreşin Rusiya prezidenti Vladimir Putinə məktubunda yer alan təklifləri təsdiqləyəcəyi təqdirdə mümkündür. Bu barədə Türkiyədəki diplomatik mənbə bildirib.
Mənbə qeyd edib ki, söhbət müqavilədə göstərilən müddətin uzadılmasından gedir.
"Rusiya il ərzində dəfələrlə onunla bağlı İstanbul razılaşmalarının yerinə yetirilmədiyini bəyan edib. Taxıl sazişininin müddətinin uzadılması yalnız Quterreşin təklifləri məqbul sayılacağı təqdirdə baş verə bilər" - diplomat etiraf edib.
Mənbə onu da bildirib ki, Türkiyə Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi taxıl müqaviləsinin uzadılmasının mümkün olması üçün fəal işləyir. Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu mövzunu müzakirə edəcəklər. Söhbət nəticəsində vəziyyət tam aydınlaşacaq.
Daha əvvəl Ərdoğan bildirib ki, Putin Rusiyanın Qara dəniz təşəbbüsü ilə bağlı tələblərinin yerinə yetirməməsinə baxmayaraq, taxıl müqaviləsinin uzadılmasına razılaşıb.
Bu günlərdə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk bildirmişdi ki, Nazirlik taxıl sazişinin uzadılması ilə bağlı Rusiya, BMT və Ukrayna ilə təmaslarını davam etdirir.
Taxıl müqaviləsi haqqında
2022-ci ilin iyulunda İstanbulda Ukrayna limanlarından ərzaq və gübrələrin beynəlxalq bazarlara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, 2022-ci ilin noyabrında həmin müddətə uzadılıb. Cari il mayın 18-də Rusiya sövdələşmənin müddətini 60 gün, yəni iyulun 17-dək uzadacağını elan edərək, bu müddətin BMT ilə imzalanmış memorandumun icrasını qiymətləndirmək üçün kifayət edəcəyi barədə xəbərdarlıq edib.
İyunun 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hazırda o, razılaşmaların uzadılmasının lehinə heç bir arqument görmür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.