BAKI, 15 iyul - Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “RT" telekanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb.
Bu barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb.
"İyulun 14-də Moskva və Ryazan vilayətində işğal obyektlərinin iş və yaşayış ünvanlarında kəşfiyyat aparan neonasist qruplaşması "Paraqraf-88"in üzvləri saxlanılıb" - FTX bildirib.
İddia olunub ki, həmin şəxslər Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə hərəkət ediblər.
"Saxlanılan şəxslər hər qətlə görə 1,5 milyon rubl mükafat alacaqlarını təsdiqləyiblər", - FTX-nın yaydığı məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.