RUSİYA

Dünyanın neft nəhəngi Rusiyaya avadanlıq və texnologiyaların çatdırılmasını dayandırıb

SLB beynəlxalq sanksiyaların genişlənməsi ilə əlaqədar olaraq bütün dünya üzrə obyektlərdən Rusiyaya məhsul və texnologiyaların tədarükünü dayandırdığını elan edib
Sputnik
BAKI, 15 iyul - Sputnik. Dünyanın ən böyük neft-mədən xidmət korporasiyası SLB (keçmiş “Schlumberger”-red) Rusiyaya avadanlıq və texnologiyaların çatdırılmasını tamamilə dayandırıb.
Bu barədə şirkətin saytında dərc olunan məlumatda deyilir.
“SLB beynəlxalq sanksiyaların genişlənməsi ilə əlaqədar olaraq bütün dünya üzrə obyektlərdən Rusiyaya məhsul və texnologiyaların tədarükünü dayandırdığını elan edir”, - məlumatda deyilir.
Həmçinin vurğulanır ki, şirkət ixraca nəzarət qanunlarına və iqtisadi sanksiyalara əməl etmək məsuliyyətini çox ciddi qəbul edir və “Ukraynada müharibəni pisləyən və dayandırmağa çağıran beynəlxalq ictimaiyyətin mövqeyini dəstəkləyir” (Report).
Əvvəllər ABŞ, Böyük Britaniya, Aİ və Kanadadan Rusiya Federasiyasına SLB avadanlıq və texnologiyalarının tədarükü dayandırılıb.
Xatırladaq ki, 2022-ci il martın 19-da “Schlumberger” Ukraynadakı müharibə ilə əlaqədar olaraq Rusiya Federasiyası ərazisində fəaliyyətində əlavə investisiyaların və texnologiyaların tətbiqinin dayandırıldığını elan edib.