SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurası liderləri arasında görüş başa çatıb

Bundan əvvəl Nikol Paşinyan Brüsseldə Avropa Şurasının rəhbəri Şarl Mişellə görüşüb.
Sputnik
BAKI, 15 iyul — Sputnik. İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.
Bu barədə Report məlumat verir.
Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Danışıqlarda Qərbi Azərbaycan İcması üzvlərinin geri qayıtması məsələsi də müzakirə olunub.
Görüş üç saata yaxın davam edib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşün yekunlarına dair bəyanatla çıxış edəcəyi gözlənilir.
***
İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü başlayıb.
Bundan əvvəl Nikol Paşinyan Brüsseldə Avropa Şurasının rəhbəri Şarl Mişellə görüşüb.
Nikol Paşinyan Şarl Mişellə Prezident İlham Əliyevlə gözlənilən görüşü və əvvəlki razılaşmaların həyata keçirilməsini müzakirə edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfər edib.
Avropa İttifaqı Şurasının mənzil-qərargahında İlham Əliyevi Şarl Mişel qarşılayıb. Onlar birgə foto çəkdiriliblər.
Sonra Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü olub.
Prezident İlham Əliyev işgüzar səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə minnətdarlığını bildirib.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Şarl Mişelin göstərdiyi səylərə görə təşəkkürünü ifadə edən dövlətimizin başçısı Brüssel formatının səmərəli olduğunu vurğulayıb.
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sabah keçiriləcək üçtərəfli danışıqlar, həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Ermənistanın Baş naziri hökumətin iclasında iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Prezidenti Şarl Mişellə üçtərəfli görüş keçiriləcəyini açıqlayıb.
"Ümid edirəm ki, görüş zamanı sülh sazişi üzrə danışıqlarda irəliləyiş qeydə alınacaq", - Baş nazir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.