BAKI, 15 iyul - Sputnik. "Fox News" telekanalının keçmiş aparıcısı, amerikalı jurnalist Taker Karlson ABŞ prezidentliyinə namizəd Tim Skottdan "Rusiyanın ABŞ üçün əsas təhlükəni nə ilə yaratdığını" soruşub. Hadisə Youtube-da yayımlanan BlazeTV kanalında canlı yayımda baş verib.
Karlson qeyd edib ki, Rusiya təhlükəli hesab edilsə də, ruslar tərəfindən öldürülən ABŞ vətəndaşlarının sayı sıfıra bərabərdir. "Məsələn, mən Rusiyanın əlində ölən adam tanımıram. Eyni zamanda, mən Meksika tərəfindən öldürülən insanları şəxsən tanıyıram" - o, deyib.
Jurnalist izah edib ki, minlərlə amerikalı tədarükçü Meksika istehsalı olan "fentanil" dərmanının qurbanına çevrilir. Bu qadağan olunmuş maddənin istehsalı və tədarükü Meksika iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edir.
"Bəs onda niyə Meksika bizim müttəfiqimiz, Rusiya isə düşmənimizdir?" - deyə jurnalist Skottdan soruşub. Lakin o, bunu izah edə bilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.