RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Xüsusi hərbi əməliyyat zonasında ÖHŞ-lərin yüksək aktivliyi qeyd olunur - Rusiya XİN

XİN rəsmisi Kiyev rejiminin tərəfində döyüşən əcnəbilərə, eləcə də onları himayə edən milli hökumətlərə xatırladıb ki, XHƏ zonasındakı Qərb muzdluları rusiyalı hərbçilər üçün qanuni hədəfdir.
Sputnik
BAKI, 14 iyul - Sputnik. Moskva xüsusi əməliyyat zonasında xarici özəl hərbi şirkətlərin (ÖHŞ) ən böyük fəallığını müşahidə edir, Qərb muzdluları Ukrayna neonasistlərinin cinayətlərində iştirak edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın cümə günü yaydığı şərhdə deyilir.

“Son vaxtlar biz Rusiyanın xüsusi hərbi əməliyyatı zonasında xarici ÖHŞ-lərin ən böyük fəallığını müşahidə edirik. Onların Ukrayna neonasistlərinin cinayətlərində iştirakına heç kim şübhə etmir”, - deyə diplomat bildirib.

XİN rəsmisi həmçinin xüsusi hərbi əməliyyat (XHƏ) zonasında Qərb muzdlularının Rusiya hərbçiləri üçün qanuni hədəf olduğunu xatırladıb.
“Kiyev rejiminin tərəfində döyüşən əcnəbilər, eləcə də onları himayə edən milli hökumətlərə xatırlatmaq istərdik ki, XHƏ zonasındakı Qərb muzdluları onları müntəzəm şəkildə və uğurla məhv edən hərbçilərimiz üçün qanuni hədəflərdir”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın cümə günü yayılan “International Affairs” jurnalının ABŞ, Böyük Britaniya və Fransada özəl hərbi şirkətlərin fəaliyyəti ilə bağlı sualına cavab vedrib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.