BAKI, 14 iyul — Sputnik. Qarabağın erməni əhalisinin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün Xankəndi Bakı ilə danışıqlar aparmalıdır. Bunu Ermənistan Parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib.
Bundan əvvəl Rusiya sülhmərmalı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdəki qondarma qurumun dövlət naziri Qurgen Nersisyan qeyri-müəyyən müddətə ümummilli hərəkatın başladığını elan edib. O, Ermənistandan olan soydaşlarını yaranmaqda olan xalq hərəkatının bir hissəsi olmağa çağırıb.
Xandanyan bəyan edib ki, erməni tərəfi beynəlxalq tərəfdaşlarla görüşlərdə məsələ qaldırır.
"Lakin bizim mövqeyimiz dəyişməzdir: Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Xankəndi ilə Bakı arasında dialoq lazımdır", - siyasətçi bildirib.
Deputat əlavə edib ki, 9 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın müddəalarına bütün tərəflər ciddi əməl etməlidir.
"Biz konkret addımlarla həll yollarını axtarmalıyıq. Bu, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına təminat verə biləcək geniş beynəlxalq mövcudluq ola bilər", - o, deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.