RUSİYA

Türkiyənin NATO öhdəliklərindən kənara çıxması ilə bağlı illüziya olmamalıdır - Zaxarova

Diplomatın fikrincə, Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması Avropa regionunda qüvvələr balansını dəyişir.
Sputnik
BAKI, 14 iyul — Sputnik. Ankaranın İsveçin NATO-ya qoşulması xəttindən uzaqlaşa biləcəyi ilə bağlı heç bir illüziyası yoxdur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Rossiya-24" telekanalının efirində bildirib.

"Türkiyə NATO-nun üzvüdür və onun gündəliyi ilə bağlı səs verir, qərarlar qəbul edir, təşəbbüslər irəli sürür. Bunu unutmaq lazım deyil. Türkiyənin ərazisində də NATO infrastrukturu var. Buna görə də Türkiyənin NATO öhdəliklərindən hansısa şəkildə kənara çıxması ilə bağlı heç bir illüziya olmamalıdır", - deyə Zaxarova vurğulayıb.

Diplomatın fikrincə, Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması Avropa regionunda qüvvələr balansını dəyişir və həm Rusiya Federasiyasının təhlükəsizliyinə, həm də NATO-nun malik olduğu dağıdıcı gücü nəzərə alsaq, ümumilikdə təhlükəsizliyə təhdidlər yaradır.
"Bu, Rusiya rəhbərliyinin dəfələrlə dediyi kimi, bizim tərəfimizdən müvafiq qərarların hazırlanmasına təsir edəcək", - Zaxarova əlavə edib.
İsveçin baş naziri Ulf Kristersson və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü Vilnüsdə NATO-nun baş katibi Yens Stoltenberqin himayəsi altında görüş zamanı razılığa gəliblər. Buna əsasən, Türkiyə İsveçin NATO-ya üzvlük müraciətinin ratifikasiya prosesinə başlayacaq. Müraciət altı bənddən ibarətdir. İsveç öz qanunvericiliyində lazımi dəyişikliklər edib və son bir ildə PKK-nın fəaliyyətində terror təzahürlərinə qarşı mübarizəni xeyli gücləndirib, həmçinin Türkiyəyə hərbi ixracatı bərpa edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.