RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov: Orbanın bu fikri ilə razılaşmamaq mümkün deyil

Macarıstanın baş naziri Viktor Orban deyib ki, ABŞ Ukraynadakı münaqişəni dərhal həll edə bilər, lakin bunu etmək istəmir.
Sputnik
BAKI, 14 iyul — Sputnik. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Macarıstanın baş naziri Viktor Orbanın Vaşinqtonun siyasətinin Ukraynadakı münaqişənin uzanmasına səbəb olması barədə fikirlərini bölüşür. Bu barədə Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov qeyd edib ki, bu fikirlə razılaşmamaq mümkün deyil.
Macarıstanın baş naziri Viktor Orban deyib ki, ABŞ Ukraynadakı münaqişəni dərhal həll edə bilər, lakin bunu etmək istəmir.
"Amerikalılar bunu istəsələr, sabah səhər sülh olacaq. Niyə onlar bunu istəmirlər? Biz Vilnüsdəki NATO sammitində bu suala cavab almadıq", - Orban deyib.
Viktor Orban, arxiv şəkli
Orban əlavə edib ki, Ukrayna öz suverenliyini çoxdan itirib və ölkədəki vəziyyəti Qərb ölkələri, ilk növbədə ABŞ müəyyən edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.