BAKI, 14 iyul - Sputnik. Şimali Atlantika Alyansının iyulun 11-12-də Vilnüsdə keçirilən sammiti Amerikanın "qiyamət təyyarəsi"nin Baltikyanı ölkələrə teatral gəlişi ilə sərt həqiqəti ortaya qoydu: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq, çünki belə genişlənmə" ABŞ-ın varlığını təhlükə altına alır.
Qurucu müttəfiqlərin fikri, Baltikyanı "Gənc avropalılar"ın döyüşkən rüfleksiyası və Kiyev rejiminin həyasız ritorikasına alyansın sahibləri (amerikalılar) tərəfindən qəsdən məhəl qoyulmur. Bu, çoxqütblü dünyada Qərb demokratiyasının reallığıdır.
Ukraynanın NATO-dakı gələcəyi əvvəlcə Vilnüsdə keçirilən sammitin mərkəzi mövzusu hesab edilsə də, möcüzə baş vermədi. İyulun 11-dəki yekun kommünikedə konkret şərtlər yoxdur.
Kiyev gələcəyin "qeyri-müəyyən" və "absurd" ifadələrindən qəzəblənib. Simpatik Britaniya, Almaniya, Fransa və başqaları Ukrayna Silahlı Qüvvələri üçün yeni raket və zirehli texnika tədarükləri ilə Ukrayna ümidlərinin iflasını yumşaltmağa çalışırlar.
NATO-nun Ukraynaya uzunmüddətli yardım proqramı daha çox "son Ukraynalıya qədər" müharibə strategiyasını xatırladır. Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun ilk ayının fəlakətli nəticələri isə bizə əvvəlki cümlədə "dırnaq işarələrini" çıxarmağa imkan verir.
ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedi qeyd edib: "Ukrayna Silahlı Qüvvələrinin ölən əsgərlərinin sayı Ukraynanın Rusiya üzərində qələbəsi barədə düşünməyə belə imkan vermir". Rusiyanın XHƏ başa çatdıqdan sonra Ukraynanın NATO-ya üzvlük ehtimalı sıfıra meyllidir - müharibədən sonrakı dünyada şərtlər həmişə qalib tərəfindən diktə olunur (Vae victis).
Qərb təbliğatı sadə adama geosiyasətin incəliklərini açıq şəkildə izah edir: Ukraynanın NATO-ya üzvlüyü müttəfiqləri Kiyev rejimi uğrunda vuruşmağa və ölməyə məcbur edir, Rusiya ilə müharibəyə praktiki olaraq zəmanət verir. Faydaları isə risklərlə müqayisədə solğundur - Amerika və Avropanın müharibəyə ehtiyacı yoxdur.
"The American Conservative" bəyan edib: "Güclü və ya zəifliyindən asılı olmayaraq, Ukrayna nüvə müharibəsinə haqq qazandırmaq üçün strateji bir mükafat deyil. Avropanı mənimsəmək və ya Atlantik güc balansını pozmaq Baxmut və ya Krıma kimin nəzarət etməsindən asılı deyil və ağlı başında olan heç kim Mariupol naminə Massaçusetsin tam olaraq total şüalanması riskinə getməməlidir."
"Politico" soyuq sinizmlə əlavə edib: "ABŞ Ukraynanın təhlükəsizliyinə zəmanət verməməlidir və verə də bilməz".
Amerikanın "Foreign Affairs" jurnalı belə nəticəyə gəlib: "Alyansın genişləndirilməsinin xərcləri faydalarından daha çoxdur... NATO-nun Ukraynaya qapılarını bağlamağın vaxtı çatıb".
Gizli qaynaqlar
Kreml bu gün bəyan edib ki, Qərbin müzakirə etdiyi Ukrayna üçün NATO-ya aid olmayan təhlükəsizlik zəmanətləri (İsrail və ya Koreya modelinə görə, fərqi yoxdur) "Rusiyanın təhlükəsizliyinə qəsd edir".
Alyansın Ukraynadakı münaqişənin yekun məqsədi ilə bağlı vahid mövqeyi yoxdur. NATO-nun baş katibi Yens Stoltenberq silah tədarükünü təhlükəsizliyin təminatından daha vacib hesab edir və Ukraynada sülhə gedən yolu yalnız bu üsulla görür.
Bu kursun ardınca Paris "SCALP-EG" qanadlı raketlərini Ukrayna Silahlı Qüvvələrinə ötürür, Ağ Ev hər iki sistemi 300 km-ə qədər olan "ATACMS" raketlərini hazırlayır. Amerikanın kaset sursatları yoldadır.
NATO-nun Vilnüs sammitinin nəticələri və Ukrayna hərbi əməliyyatlar teatrında raket-kaset eskalasiyasının yeni mərhələləri ABŞ-ın avropalı müttəfiqlərinin təhlükəsizliyinin Ukrayna ilə eyni dərəcədə təmin olunmadığını təsdiq etməyə imkan verir. Proksi müharibəsi, deyəsən çox uzunmüddətliyə çevrilir.
Rusiya Silahlı Qüvvələrinin reaksiyası təhdidlərin səviyyəsinə adekvatdır və təbii ki, bir neçə onlarla Amerika "Abrams" tankı və ya "F-16" qırıcıları XHƏ-nin gedişatını dəyişməyəcək.
Kollektiv Qərb Ukraynanın təhlükəsizliyinə və ya marionet Kiyev rejiminin rifahına biganədir, ABŞ və NATO-nun taleyi təhlükə altındadır. "Eksklüzivliyi" və dünya hökmranlığını qorumaq uğrunda mübarizədə Ağ Ev Amerika cəmiyyətini və Avropa müttəfiqlərini istənilən anti-Rusiya tədbirinə hazırlayır.
Bununla belə, suveren, özünü təmin edən, nüvə raketi olan Rusiyaya nifrət Qərbin Rusiya Federasiyası Silahlı Qüvvələri ilə müharibəyə texnoloji hazırlığından daha yüksəkdir.
Roma qəzeti "IL Fatto Quotidiano" qeyd edir ki, Vaşinqton vassalların və müttəfiqlərin bütün resurslarından istifadə edərək Amerika imperiyasının qaçılmaz ölümünü gecikdirməyə çalışır. Avropa üçün Rusiya ilə (perspektivdə - Çinlə) özünü məhv edən mübarizə və qaçılmaz sənayesizləşdirmə, Aİ-nin yoxsulluğu məhz burdan qaynaqlanır. Bəli, Rusiya ilə proksi müharibəsinin gizli qaynaqları, G7-nin Ukrayna üçün "təhlükəsizlik konsepsiyası" və NATO-nun Avropa təhlükəsizlik sistemindəki rolu haqqında bilmək lazım olan əsas şey budur.
ABŞ-ın rəhbərliyi altında Şimali Atlantika Alyansı onilliklər ərzində hətta Atlantikadan uzaq ölkələrdə belə müharibələr yaradır. Amerikalıların Ukraynada süni şəkildə yaratdığı vəziyyətdə yeni heç nə baş vermir, lakin o dəqiqdir ki, Rusiya ilə münaqişədə adət edilən cəzasızlıq olmayacaq.
Pentaqonun və NATO-nun, ABŞ hərbi-sənaye bazasının arsenallarının tükənməsi amerikan şahinləri üçün həqiqətən ilk həyəcan siqnalıdır və heç də sonuncu deyil.
Ukraynanın "müharibədən sonra üzvlük" illüziyaları ilə vidalaşmağın vaxtı çatıb. Ukraynanın gələcəyi NATO-da deyil, çünki bu alyansın gələcəyi yoxdur.