RUSİYA

Moskva Varşavanın anti-Rusiya hərəkətlərinə cavab verdi, konsulluq bağlandı

Cavab tədbiri kimi təsdiqlənmiş sərəncam Rusiyanın Polşadakı və Polşanın Rusiyadakı konsulluq idarələrinin paritetini bərpa etməyə imkan verir.
Sputnik
BAKI, 14 iyul — Sputnik. Rusiya hökuməti Varşavanın anti-Rusiya hərəkətlərinə cavab olaraq Polşanın Smolenskdəki konsulluğunu bağlamaq qərarına gəlib.
Polşanın Smolenskdəki konsulluq idarəsinin bağlanması haqqında hökumət sərəncamı qəbul edilib. Bu barədə Rusiya hökumətinin mətbuat xidmətindən bildirilib.
İdarə hökumətin 2011-ci il 20 iyun tarixli qərarı əsasında Rusiya-Polşa münasibətlərini inkişaf etdirmək və iki ölkə vətəndaşları arasında əlaqələrin genişləndirilməsi məqsədilə açılıb.

"Polşa hökumətinin anti-Rusiya xarakterli qeyri-dost hərəkətləri nəticəsində Rusiyanın Polşa ərazisindəki diplomatik əmlakının qanunsuz olaraq ələ keçirilməsi istiqamətində addımlar atılıb. Rusiyanın Polşadakı diplomatik mövcudluğu əhəmiyyətli dərəcədə azalıb. Rusiya hökumətinin cavab tədbiri kimi təsdiq edilmiş sərəncamı Rusiyanın Polşadakı və Polşanın Rusiyadakı konsulluq idarələrinin paritetini bərpa etməyə imkan verir", - mətbuat xidməti qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.