BAKI, 14 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Cakartada ABŞ tərəfi ilə heç bir təması olmayıb və onlar planlaşdırılmayıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya-24" telekanalının efirində deyib.
Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken Şərqi Asiya Sammitinin (EAS) digər iştirakçıları ilə birlikdə xarici işlər nazirlərinin görüşündə iştirak edirlər. Blinken bir gün əvvəl ABŞ prezidenti Co Baydeni Avropa turunda müşayiət edərək Cakartaya səfər edib. Lavrov isə çərşənbə günü İndoneziyaya gedib.
Çərşənbə axşamı İndoneziyanın paytaxtında assosiasiyanın xarici işlər nazirlərinin illik toplantısı, ASEAN və birliyin dialoq tərəfdaşlarının nazirlər səviyyəsindən görüşləri, eləcə də digər tədbirlər başlayıb.
Şərqi Asiya Sammiti Asiya-Sakit Okean ölkələrinin liderləri arasında geniş spektrli strateji siyasi və iqtisadi məsələlər, o cümlədən regional təhlükəsizlik arxitekturasının gücləndirilməsi vəzifələri üzrə dialoq üzrə forumdur. Bu formatda görüşlər hər il yüksək səviyyəli ASEAN tədbirləri ilə birlikdə keçirilir. 2011-ci ildən etibarən Şərqi və Cənub-Şərqi Asiya liderlərinin forumuna Rusiya Federasiyası və ABŞ liderləri də dəvət olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.