BAKI, 14 iyul — Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə alyansın Vilnüsdə keçirilən sammitində qəbul edilmiş qərarların icrasını və Əfqanıstandakı vəziyyəti müzakirə edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Nazir Hakan Fidan Xarici İşlər nazirlərinin 56-cı toplantısı çərçivəsində Cakartada ABŞ dövlət katibi Blinkenlə görüş keçirib. Nazirlər NATO-nun Vilnüs sammitinin qərarlarının icrasını və Əfqanıstandakı son hadisələri müzakirə ediblər", - məlumatda bildirilib.
Bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. Açıqlamanın ardınca elə həmin gün NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya üzvlük sənədini ratifikasiya üçün Türkiyə parlamentinə "mümkün qədər tez" təqdim etməyə razılaşdığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.