CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Din siyasiləşəndə çox təhlükəli silaha çevrilir - Komitə

Qurum sədrinin müavini bildirib ki, bəzi İslam və Qərb ölkələri hələ də dini siyasiləşdirilərək Azərbaycana qarşı istifadə etməyə çalışırlar.
Sputnik
BAKI, 14 iyul - Sputnik. “Din sürətlə siyasiləşdirilir, alətə, vasitəyə çevrilir. Din isə siyasiləşəndə çox təhlükəli silaha çevrilir”. APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Lənkəran şəhərində ”Müasir çağrışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən konfransda Komitənin sədr müavini Səyavuş Heydərov bildirib.
O bildirib ki, din cəmiyyətdə mühüm rol oynayır:

“Cənub bölgəsinə məzhəblərə görə dəfələrlə təzyiqlər olub. Respublikamızın tolerantlıq, birlik, bərabərlik içində olması sakinlərin bu məsələyə həsasslıqla yanaşmasına şərait yaradıb və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını alıb. Buna baxmayaraq, hələ də bəzi İslam və Qərb ölkələri dini siyasiləşdirilərək bizə qarşı istifadə etməyə çalışırlar. Azərbaycan yeganə ölkədir ki, dünyada sülhün bərqərar olmasını istəyir və bəzi dövlətlər də bizim tolerantlığımızdan, birliyimizdən nümunə götürürlər”.

Sədr müavini qeyd edib ki, dinin siyasiləşməyindən bir çox ölkələr əziyyət çəkir:
“Bunun nəticəsində dünyada mənəviyyat sahəsində deqradasiya prosesi gedir. Azərbaycan belə halda dünya üçün bir nümunədir”.
Qeyd edək ki, 3 gün davam edən regional konfransa bu gün yekun vurulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.