Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

İyulun 14-ü gecə saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə üzbəüz mövqelərdən atəş açıb.
Sputnik
BAKI, 14 iyul - Sputnik. İyulun 13-ü saat 22:35-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən bölmələrinin mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələrindən atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bundan başqa, iyulun 14-ü saat 01:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə üzbəüz mövqelərdən atəş açıb.
Qeyd olunan istiqamətlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.