SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zaxarovadan liderlərin Brüssel görüşü öncəsi açıqlama

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan daha əvvəl qeyd etmişdi ki, iyulun 21-nə planlaşdırılan üçtərəfli görüş daha əvvəl baş tuta bilər.
Sputnik
BAKI, 13 iyul — Sputnik. Moskva Bakı və İrəvan arasında sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NEWS.ru-ya bildirib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə iyulun 15-nə planlaşdırılan görüşünü şərh edərkən hər hansı bir nəticə çıxarmağın hələ tez olduğunu bildirib.
Bundan əvvəl Paşinyan iyulun 15-də "Brüssel formatı"nda üçtərəfli görüşün keçiriləcəyini bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan daha əvvəl qeyd etmişdi ki, iyulun 21-nə planlaşdırılan üçtərəfli görüş daha əvvəl baş tuta bilər. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında Brüssel, Moskva və ya Vaşinqtonda aparılan danışıqlar bir-birini tamamlayır. O qeyd edib ki, bu görüşlərin gündəliyi eynidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.