RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zaporojye vilayətində Ukrayna SQ-nin ZAES-ə hücum hazırlığına dair sübutlar əldə edilib

Təxribatın hazırlanmasında Britaniyanın izi də var.
Sputnik
BAKI, 13 iyul — Sputnik. Rusiyanın Təhlükəsizlik qüvvələri Ukrayna qoşunlarının Zaporojye AES-ə raket hücumu hazırlaması ilə bağlı təkzibolunmaz sübutlar əldə ediblər.
Bunu "RİA Novosti"yə "Biz Rusiya ilə birgəyik" Zaporojye ictimai hərəkatının rəhbəri Vladimir Roqov bildirib.
O, bu günlərdə britaniyalı təlimatçılar tərəfindən Almaniyada təlim keçmiş ukraynalı diversantların saxlanmasından da danışıb – diversantlar Zaporojye AES-ə raketlərin lazer nişanlanmasını həyata keçirməli idilər.
"Saxlanılanlar etiraf ediblər. Hazırda əlimizdə təkzibedilməz dəlillər var ki, Ukrayna qoşunları Kiyev rejiminin göstərişi ilə Zaporojye AES-ə raket hücumu hazırlayırlar. Ardınca isə onlar baş verənlərə görə Rusiyanı günahlandıracaqdılar. Üstəlik, təxribatın hazırlanmasında Britaniyanın izi də var", - deyə Roqov bildirib.
Onun sözlərinə görə, əməliyyata Ukrayna Təhlükəsizlik Xidməti (UTX) agenti nəzarət edib. Təxribat qrupu Dnepr çayını üzərək keçib.