BAKI, 13 iyul - Sputnik. “Görünür, Ermənistan rəsmilərinin ikiüzlülüyünün həddi-hüdudu yoxdur!”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə tviterdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirərkən qeyd edib.
"Əks halda, niyə raket hücumları və Azərbaycana qarşı təcavüzü nəticəsində 12 uşaq da daxil olmaqla, onlarla günahsız uşağı qətlə yetirən ölkə uşaq ölümlərindən məkrli siyasəti üçün sui-istifadə etsin?", - XİN sözçüsü vurğulayıb.