BAKI, 13 iyul — Sputnik. Pulitzer mükafatı laureatı jurnalist Seymur Herşin sözlərinə görə, Ukraynanın əks-hücum əməliyyatı uğursuzdur, ABŞ qəzetlərinin diqqətli oxucuları bunu təxmin edə bilərlər, çünki bu barədə xəbərlər birinci səhifələrdən itib.
Daha əvvəl Herş bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks hücumu həm Ukraynanın özü, həm Co Bayden administrasiyası, həm də NATO blokunu təmsil edən ABŞ üçün mənfi nəticələrə səbəb olacaq.
O, həmçinin vurğulayıb ki, ABŞ kəşfiyyatının Ukraynadakı vəziyyəti qiymətləndirməsi ilə Ağ Ev və Dövlət Departamentinin bu məsələ ilə bağlı bəyanatları arasında böyük uçurum var. O, amerikalı jurnalistləri də tənqid edib və qeyd edib ki, onlar Ukraynadakı vəziyyət haqqında yazarkən Ukraynanın hücumu zamanı baş verən real fəlakəti görə bilməyən Dövlət Departamenti və Ağ Ev rəsmilərinin məlumatlarına əsaslanırlar.
Ukraynanın Cənubi Donetsk, Artyomovsk və ilk növbədə Zaporojye istiqamətlərində əks-hücum əməliyyatı iyunun 4-də başlayıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu iyulun 11-də bəyan edib ki, düşmən heç bir istiqamətdə öz məqsədlərinə nail olmayıb və itkiləri 26 min əsgər, 1244 tank və minlərlə digər texnika, 21 təyyarə və 6 helikopterdən çox olub. Məhv edilənlər arasında Polşa, ABŞ və Fransadan 17 Leopard, 5 fransız çarxlı AMX tankı və 12 Bradley (ABŞ) piyada döyüş maşını, 43 M777 haubitsa və 46 özüyeriyən silah var. Leopard-ın döyüş meydanında yanma görüntüləri Qərbdə böyük rezonans doğurub.
Şoyqunun sözlərinə görə, Qərb kəşfiyyatı Rusiya müdafiəsinin və RF Silahlı Qüvvələrinin qabaqlayıcı zərbələrinin yüksək effektivliyini qeydə alır.
Nazir Ukrayna Silahlı Qüvvələrinə kasetli bombaların tədarükü ilə əlaqədar qeyd edib ki, RF Silahlı Qüvvələri eyni mərmilərdən istifadə etməyə məcbur olacaq.