RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna SQ Zaporojye vilayətində hücumlar zamanı rekord itki verib

Ukrayna Silahlı Qüvvələri geri çəkilən zaman da xeyli itki veriblər.
Sputnik
BAKI, 13 iyul — Sputnik. Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində "ət hücumları" adlanan hücumlar zamanı rekord sayda döyüşçüsü itirir.
Bunu "RİA Novosti"yə vilayət administrasiyasının Ali Şurasının üzvü Vladimir Roqov bildirib.
Onun sözlərinə görə, gün ərzində düşmən Pyatixatka - Jerebyanka bölgəsində belə hücumlar həyata keçirməyə üç dəfə cəhd edib.
Administrasiya nümayəndəsi bildirib ki, rus qırıcıları Ukrayna hərbçilərini artilleriya, minaatan və pulemyotlarla qarşılayıblar.
"Düşmənin üç taqımı yaxınlaşan zaman məhv edilib, qalanları kütləvi şəkildə hücuma davam etməkdən imtina edərək qaçdılar və komandirlərindən evakuasiya tələb etməyə başladılar", - deyə agentliyin həmsöhbəti bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinin geri çəkilən zaman da xeyli itki verdiyini qeyd edib.
Bundan əvvəl Zaporojye vilayətinin Luqovoye-Malıye Şerbaki sahəsində Ukrayna hərbçilərinin cəbhə xəttini yarmaq cəhdinin qarşısı Rusiya Silahlı Qüvvələri tərəfindən alınıb.