Mətbuat mərkəzi

Tətil zamanı gənclərin asudə vaxtları: problem və həll yolları

İyulun 14-də saat 12.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Günay" Uşaq Teatr Studiyasının təsisçisi və daimi rəhbəri, ssenari müəllifi və rejissoru Larisa Tarusova olacaq.
Sputnik
BAKI, 13 iyul — Sputnik. Yay mövsümünün başlaması ilə bir çox valideyn uşaqlarının yaxşı istirahətini və eyni zamanda asudə vaxtını necə təmin edəcəyini düşünür. Kompüterlərin və qadcetlərin yaranması ilə insanların həyatı çox dəyişib. Ən çox bunu uşaqlar və yeniyetmələr hiss edir. Müasir texniki vasitələrə hədsiz həvəs bəzən onları sağlam və məhsuldar istirahətdən yayındırır.
Bununla belə, bu və ya digər fəaliyyət növü (hobbi) ilə həvəslə məşğul olan, sonradan bu həvəsin onun həyatında peşəkar məşğuliyyətə çevrilə biləcəyi gənclərin olduğunu göstərən başqa misallar da var.
İyulun 14-də saat 12.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Günay" Uşaq Teatr Studiyasının təsisçisi və daimi rəhbəri, ssenari müəllifi və rejissoru Larisa Tarusova bu hobbilərdən biri haqqında danışacaq.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində baş tutacaq.