DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses davam edir - Ərdoğan

Rəsmi Ankara öz mənfəətlərinə uyğun addımlar atacaq
Sputnik
BAKI, 13 iyul — Sputnik. Hazırda İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses davam etməkdədir.
İyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, toplantı zamanı bu məsələ müzakirə olunub: "Mövqeyimiz məlumdur. Siyasətimizi davam etdirəcəyik. İsveçin NATO-ya üzvlüyünü Türkiyə Böyük Millət Məclisi təsdiqləyəcək".
Ərdoğan qeyd edib ki, rəsmi Ankara öz mənfəətlərinə uyğun addımlar atacaq (Report).