RUSİYA

NATO-nun Ukrayna ilə bağlı ehtiyat planı var - Səfir

Alyans üzvləri artıq formatı Rusiya-NATO şurasının surəti olan Ukrayna-NATO şurasının yaradılması planını elan ediblər.
Sputnik
BAKI, 13 iyul — Sputnik. NATO ölkələri Ukrayna məğlub olacağı təqdirdə fövqəladə vəziyyət planı hazırlaya bilərlər.
Bu fikri Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov "Rossiya 24" telekanalının efirində səsləndirib.
"Onların "B" planı olub-olmadığını söyləmək mənim üçün çətindir. Amma yəqin ki, bəzi şeylərin üzərində işləmək mümkündür", - diplomat belə hesab edir.
O xatırladıb ki, Alyans üzvləri artıq formatı Rusiya-NATO şurasının surəti olan Ukrayna-NATO şurasının yaradılması planını elan ediblər. Eyni zamanda, Kiyevi onun bərabərhüquqlu üzv olacağına əmin ediblər.
Meşkov qeyd edib ki, Qərbin Rusiya-NATO formatına ehtiyacı qalmayıb və o, sadəcə olaraq "gündəmdən atılıb".
Diplomat əlavə edib ki, NATO-nun Ukraynanı sona qədər dəstəkləyəcəyinə inanmır.
Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin NATO-nun qərarı ilə bağlı sözlərinin ABŞ nümayəndə heyətini hiddətləndirdiyi bildirilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
Zelenski NATO sammitindən narazı qalıb