BAKI, 13 iyul — Sputnik. Rusiya Federasiyasının və Hindistanın xarici işlər nazirləri Sergey Lavrov və Subrahmanyam Caişankar Cakartada keçirilən görüşdə ikitərəfli əməkdaşlıq, ŞƏT və BRİKS platformalarında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin bir sıra aktual məsələlərini, müxtəlif sahələrdə əməkdaşlığı müzakirə ediblər. Onlar regional və beynəlxalq gündəliyin əsas məsələləri, o cümlədən ŞƏT və BRİKS platformalarında qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparıblar", - məlumatda deyilir.
Görüş Cakartada keçirilən ASEAN nazirlərinin tədbirləri çərçivəsində keçirilib.