BAKI, 13 iyul — Sputnik. Azərbaycanda əhalinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən açıqladığı rəqəmlərə görə, 2023-cü ilin yanvar-may aylarında əhalinin sayı 20912 nəfər və ya 0,2 faiz artaraq 2023-cü il iyun ayının 1-də 10 148 057 nəfər təşkil edib.
Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
2023-cü il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5224,3 min nəfər olub, onlardan 4934,5 min nəfərini məşğul əhali təşkil edib.