CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlətə xəyanətdə ittiham edilən şəxsin məhkəməsi başlayıb

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmə baxışı iyulun 19-a təyin olunub
Sputnik
BAKI, 13 iyul — Sputnik. Dövlətə xəyanətdə təqsirləndirilən Tərlan Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 19-a təyin olunub.
Qeyd edək ki, Abbasov Tərlan Mirbəşir oğlu dövlətə xəyanət etməkdə təqsirləndirilir və ona Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb.