BAKI, 13 iyul — Sputnik. Çin ABŞ-ı hərbi təxribatları dayandırmağa və Kubaya qarşı sanksiyaları mümkün qədər tez ləğv etməyə çağırır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.
Bundan əvvəl Kuba Xarici İşlər Nazirliyi ABŞ-ı iyulun əvvəlində nüvə sualtı qayığının Quantanamoya daxil olması ilə bağlı təxribatçı eskalasiyada ittiham etmişdi.
"Biz ABŞ-ı hərbi təxribatları dayandırmağa, blokadanı və sanksiyalarımümkün qədər tez aradan qaldırmağa çağırırıq", - Van bildirib.
Diplomat vurğulayıb ki, Çin Kubanı öz suverenliyini qorumaqda qətiyyətlə dəstəkləyir və digər ölkələrin Kubanın daxili işlərinə qarışmasına qəti şəkildə qarşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.