BAKI, 13 iyul — Sputnik. Cari ilin yanvar-iyun aylarında ölkədə 60,3 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsinin yayhdığı xəbərə görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1% azalıb, qeyri neft-qaz sektorunda isə 3,1% artıb.
Qeyd edək ki, ÜDM istehsalının 43,7%-i sənaye, 9,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9%-i nəqliyyat və anbar təsərrüfatı, 4,7%-i tikinti, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ni təşkil edib.
Bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 5946,9 manata bərabər olub.