BAKI, 13 iyul — Sputnik. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 248,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23% artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında neft koksunun istehsalı 61,9%, sürtkü yağlarının istehsalı 60,5%, avtomobil benzininin istehsalı 39,2%, qazoylların (dizel yanacağının) istehsalı isə 33,9% artıb.
Məlumata görə, yanvar-iyun aylarında ölkədə neft bitumu istehsalı 37%, mazut istehsalı isə 93,8% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.