BAKI, 12 iyul — Sputnik. NATO sammitində bizi Alyansa dəvət etsəydilər, nəticə ideal olardı.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, iclasın nəticələri yaxşı oldu: "Amma daha yaxşı ola bilərdi".
Qeyd edək ki, NATO-nun Vilnüsdə keçirilən sammiti dünən, iyulun 11-də başlayıb.
Xatırladaq ki, Alyansın Baş katibi Yens Stoltenberq daha əvvəl Kiyevin quruma üzvlük istəyini dəstəkləmişdi.
Bu arada Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Seygey Narışkin qeyd edib ki, Litvada keçirilən NATO sammitində Rusiya üçün gözlənilməz heç nə səslənməyib və sənədlərdə qeyd olunmayıb.
"Mənə elə gəlir ki, sammitə hazırlığın bütün mərhələsi kifayət qədər açıq şəkildə keçirilib, ona görə də sammitdə Rusiya tərəfi üçün gözlənilməz ola biləcək heç nə eşidilməyib və sənədlərdə qeyd olunmayıb", - Xarici Kəşfiyyat Xidmətinin direktoru deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.