BAKI, 12 iyul — Sputnik. Türkiyənin İsveçin NATO-ya üzvlük iddiasının ratifikasiyası prosesini sürətləndirmək qərarı Ankaranın Rusiyadan uzaqlaşaraq Qərbə üz tutması anlamına gəlmir. Bu barədə "Hürriyet" qəzeti alyansın Vilnüsdə keçirilən sammitini şərh edərkən yazıb.
Nəşrin yazdığına görə, Türkiyə dünya və regional güc olaraq balanslaşdırılmış siyasət yürütməyə davam edəcək. Bu müstəvidə o, Qərblə əlaqələri inkişaf etdirəcək və Rusiya rəhbərliyi ilə "şəffaf danışıqlar" aparacaq", - "Hürriyet" yazıb.
Qəzetin yazdığına görə, Türkiyə hakimiyyəti İsveçin NATO-ya üzvlüyünü dəstəkləmək üçün şərt kimi Ankaranın Avropa Birliyinə inteqrasiyası qarşısındakı maneələrin aradan qaldırılmasını irəli sürmək niyyəti barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib. Xüsusilə də alyansın Vilnüs sammitindən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenə zəng edib. Qəzetin yazdığına görə, Bayden bir qədər təəccüblənsə də, Türkiyənin siyasətini dəstəkləyəcəyini bildirib.
NATO sammitinə uçmazdan əvvəl Ərdoğan bildirib ki, Türkiyə Ankaranın Aİ-yə üzvlüyünə maneələrin aradan qaldırılması müqabilində İsveçin alyansa qoşulmaq istəyini dəstəkləyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.