BAKI, 12 iyul — Sputnik. Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi növbəti təxribat zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində daha bir erməni hərbçi yaralanıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Yaralı hərbçi hospitala yerləşdirilib. Onun durumu orta-ağır qiymətləndirilir.
***
Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman erməni hərbçi Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində yaralanıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Yaralı hərbçi hospitala yerləşdirilib.
Qeyd edək ki, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar.
Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.